• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi çimərliyə gedən yollarda reydlərə başladı

Yol polisi çimərliyə gedən yollarda reydlərə başladı
29.05.2020 07:04
Azərbaycan DİN-in dövlət yol polisi çimərlik və istirahət zonalarına gedən yollarda yay reydlərinə başlayıb. 
 
 
ANN.Az 1news.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Kamran Əliyev reydlərin yay mövsümünün sonuna qədər davam edəcəyini bildirib.

"Yayın və məzuniyyət mövsümünün başlanması ilə əlaqədar öz avtomobillərində çimərlik və istirahət mərkəzlərinə yollanan sürücülərin sayı artıb. Onlar tez-tez yol hərəkəti qaydalarını pozurlar, bu səbəbdən də çimərlik və istirahət zonalarına gedən yollarda, eləcə də Bakının giriş və çıxışlarında reydlər davam edəcək, yollarda nəzarət artacaq”, - Kamran Əliyev deyib. 

Reydlər zamanı, əsasən, sükan arxasına sərxoş halda oturan, sürəti artıran, yol hərəkəti qaydalarını pozan sürücülər aşkar ediləcək. 

Şənbə və bazar günlərində bu reydlər gücləndirilmiş rejimdə aparılacaq.

Respublikanın turistik regionlarında – Şamaxı, İsmayıllı, Quba, Qusar, Qazax, Qəbələ, Xaçmaz, Zaqatala və digər rayonlarda da nəzarət gücləndiriləcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol