Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olundu

Azərbaycan-Gürcüstan sərhədində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report”a verilən xəbərə görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 14:03-də Qazaxdan 94 km şimal-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində - Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonlarında, Gəncə şəhərində 3 baldan çox hiss olunub.
Yeraltı təkanların maqnitudası 5.2, dərinliyi 13 km olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























