• $
  • €
  • ₽
  • ₺
  • £

DVC Avropaya könüllüləri göndərə biləcək

DVC Avropaya könüllüləri göndərə biləcək
12.07.2016 15:55
"Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) "Avropa Könüllülük Xidməti”nin 2016-2019-cı illər üzrə akkreditasiyasından uğurla keçib. 

Avropanın ən böyük könüllülük şəbəkəsinin akkreditasiyasası DVC-ə Avropa ölkələrinə gənclərin göndərilməsini, könüllülük təcrübəsi qazanmalarını təmin etməyə imkan verəcək.

Təşkilat tərəfindən müəyyən edilən könüllülər Avropa könüllülük proqramı çərçivəsində müxtəlif təlimlərdə, işçi qruplarda iştirak edəcəklər. Gənclər ölkəmizi təmsil etməklə yanaşı fərqli mədəniyyətlərlə tanış olmaq, yeni biliklərə yiyələnmək, könüllülük təcrübələrini inkişaf etdirmək şansı qazanacaqlar. Sonda könüllülər "Youthpass” sertifikatı ilə təltif olunacaqlar.

Qeyd edək ki, "Avropa Könüllülük Xidməti” 2013-cü ildə Avropa İttifaqı tərəfindən qəbul edilmiş "Erasmus+” Proqramının əsas istiqamətlərindən biridir. "Avropa Könüllülük Xidməti” 18-30 yaşlı gənclərin Avropa ölkələrində 2 həftədən 12 aya qədər müddətdə müxtəlif layihələrdə könüllü olaraq təcrübə qazanmaları məqsədilə həyata keçirilir. Proqramda iştirak etmək üçün hər bir təşkilat "Avropa Könüllülük Xidməti”nin akkreditasiyasından keçməlidir.

Xatırladaq ki, DVC öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən "Debat” təhsil proqramı kimi başlamışdır. Təşkilatın gənclərin təşəbbüslərinin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsi məqsədilə "Milli Debat”, "Youth İnc.” və "Yaşıl ofis” proqramları çərçivəsində fəaliyyət göstərir. Fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edən təşkilat Beynəlxalq Debat Təhsil Assosiasiyası” (IDEA), "Milli Debat Şəbəkəsi” və "Milli Karyera və İşədüzəltmə Assosiasiyasının” həmtəsisçisi, öz sahəsində dünya lideri olan "Milli Biznes İnkubatorlar Assosiasiyasının” (NBIA) Azərbaycanda yeganə tərəfdaşı, dünyanın 140 ölkəsini əhatə edən "Qlobal Sahibkarlıq Həftəsinin” Azərbaycanda eksklüziv nümayəndəsi və "Amerika-Azərbaycan Ticarət Palatasında” (AmCham) təmsil olunan yeganə gənclər təşkilatıdır.Təşkilatımızın aparıcı və ən kütləvi proqramlarından biri olan "Milli Debat Proqramı” respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 11 regional nümayəndəlik/mərkəzi özündə birləşdirir. Bu günə qədər həyata keçirilən tədbirlərdə 40.000-dən artıq gənc iştirak etmiş, maariflənib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol