• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da “XXI əsrin Dəniz İpək Yolu” mövzusunda seminar keçirildi

ADU-da “XXI əsrin Dəniz İpək Yolu” mövzusunda seminar keçirildi
13.07.2016 22:58
İyulun 13-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə görkəmli Çin səyyahı və diplomatı Çjen Xenin şərəfinə təsis olunmuş "Dəniz günü” Çin bayramına həsr olunan "XXI əsrin Dəniz İpək Yolu” mövzusunda elmi seminar keçirildi. 

Seminarı giriş sözü ilə açan ADU-dakı Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov iqtisadi İpək Yolu kəməri və XXI əsrin Dəniz İpək Yolunun yaradılması daxil olmaqla Çinin təşəbbüsü ilə həyata keçirilən "Bir Kəmər, Bir Yol” layihəsinin Azərbaycan tərəfindən dəstəkləndiyini dedi. O, bu yaxınlarda Prezident İlham Əliyev ilə Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin görüşünü xatırladaraq orada Çindən Avropaya nəqliyyat marşrutunda Azərbaycanın mühüm tranzit rolu oynadığının vurğulandığını diqqətə çatdırdı.
 
ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri öz məruzələrində Dəniz İpək Yolunun əsas marşrutlarının xüsusiyyətləri, Çin ticarət gəmiçilik tarixi, görkəmli Çin müsəlman admiralı Çjen Xenin rəhbərliyi altında dəniz ekspedisiyalar, Tarixi İpək Yolunun dirçəlişi üçün Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti haqqında məlumat verdilər. 

Seminar çərçivəsində Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Ülkər Əliyeva "XXI əsrin əvvəllərində Amerika-Çin münasibətləri” mövzusunda monoqrafiyanın təqdimatı keçirildi. 

Seminarda, həmçinin ÇXR-in Azərbaycandakı səfirliyinin əməkdaşı Çjen Xaynin iştirak edirdi. 



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol