Rektor: BSU-da kadr islahatları aparılacaq

"Bakı Slavyan Universitetində kadr islahatları aparılacaq"
ANN.Az xəbər verir ki, bunu Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva bu gün keçirilən "Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı hesabat tədbirində deyib. Rektorun sözlərinə görə, istənilən qurumun rəhbəri təyinatdan dərhal sonra oranın struktur bölmələri, maddi-texniki bazası, tədris sistemi ilə yaxından tanış olur və dəyişikliklərə ehtiyac yaranır:
"Biz dünyaya inteqrasiya olunuruq. Ona görə də yenilikləri daim izləməli, islahatları tətbiq etməli və bəhrənlənməliyik".
Rektor universitetdə müəllimlərin və tələbələrin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı suala aydınlıq gətirib:
"Universitetdə müəllim və şagirdlərin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı söhbət yoxdur. Əslində müəllimin zahiri görkəminə diqqət yetirməsi lazımdır. Tələbənin geyimi öz ruhuna, tutduğu mövqeyə və gördüyü işə uyğun olmalıdır. İnsanın zövqü o qədər yüksək olmalıdır ki, hara getdiyini, harada iştirak etdiyini, nə işlə məşğul olduğunu düşünərək onu dərk edərək özünü tənzimləsin”.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























