• $
  • €
  • ₽
  • ₺
  • £

Dilçilik İnstitutu: Bu cür sözləri ictimaiyyətə dilçi alimlər təklif etməyib

Dilçilik İnstitutu: Bu cür sözləri ictimaiyyətə dilçi alimlər təklif etməyib
14.07.2016 17:21
Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu rus dilindən alınan bəzi sözlərin Azərbaycan dilində qarşılığının tapılaraq müzakirəyə çıxarılması ilə bağlı məlumatlara aydınlıq gətirib.

İnstitutun mətbuat xidmətinin rəhbəri Təranə Şükürlü Trend-ə bildirib ki, son günlər sosial şəbəkələrdə bir sıra rus dilindən alınan sözlərin Azərbaycan dilində qarşılığı tapılaraq müzakirəyə çıxarılıb. Bu da ictimai qınağa səbəb olub: "Nəzərinizə çatdırım ki, qarşılığı tapılan bu cür sözləri ictimaiyyətə dilçi alimlər təklif etməyib. Həmin sözlər heç Dilçilik İnstitutunun Elmi Şurasında müzakirə də olunmayıb. "Feysbuk" sosial şəbəkəsində müzakirəyə çıxarılan bu tipli ifadələr bir qrup insanın uydurduğu qondarma sözlərdir”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, "kupalnik” sözü guya azərbaycanca "geyçim”, "şpilka” "ipəzor” , "qantel" "qolşiş", "broşka" "saçazor", "sürücü qadın” ifadəsi isə "süranə” kimi müəyyənləşdirilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol