• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlara bir sıra adların qoyulması qadağan edildi - SİYAHI

Uşaqlara bir sıra adların qoyulması qadağan edildi - SİYAHI
15.07.2016 14:50
 "Şəxs adlarının tənzimlənməsi məsələsinə hələ Terminologiya Komissiyası baxır”.

Bunu "Report"a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, bu səbəbdən də adlarla bağlı problem olduqda bütün qeydiyyat idarələri komissiyaya müraciət edir: "Son aylarda "Albert”, "Enes”, "EvrenEse”, "Taha”, "Turantürk” kimi adların qoyulmasının qarşısı alınıb. Çünki "Taha” adının bizdə heç bir mənası yoxdur. Bəzi adlar isə dilimizə tamamilə uyğun deyil”.
Sədr müavini bildirib ki, komissiyaya məktublarla müraciət edirlər, həmin adlar müzakirə olunur və bu adların qarşısı alınır. "Turantürk” adının mənası araşdırıldı, məlum oldu ki, Turan sözü türk mənşəli sözdür, həmin söz elə "Türk" mənasını ifadə edir. İki eyni sözü yan-yana işlətmək olmaz. Belə ad qoymaqla nə etmək istəyirlər bilmirəm?!”

S.Sadıqova qeyd edib ki, şəxs adlarının nizamlanması istiqamətində qeydiyyat idarələri də mühüm işlər aparır: "Hər bir ad bizim sistemimizə daxil ola bilməz”.
O qeyd edib ki, Nazirlər Kabinetinin qərarına görə, cinsi uyğun gəlməyən, dilimizə yad olan, mənası düzgün verilməyən, mənası olmayan, uşağın gələcəyinə xələl gətirən və s. adların qoyulması qadağandır: "Qərara əsasən, məhkəmə də işini görür və həmin adların qoyulmağından imtina olunur. Komissiyanın işi də Nazirlər Kabinetinin qərarına əsasən aparılır. Biz dövlətin irəli sürdüyü qərarları yerinə yetiririk”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol