• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ: Mirşahin efirdə deyib ki, baş verənlərə görə məsuliyyət Ərdoğanın üzərindədir

MTRŞ: Mirşahin efirdə deyib ki, baş verənlərə görə məsuliyyət Ərdoğanın üzərindədir
19.07.2016 16:51
"ANS televiziyasının bu cür addımları bu kanalın redaktə siyasətində problemlərin olduğunu ortaya qoyur”

"Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsi baş verdikdən sonra ANS televiziyası hadisələrlə bağlı dəqiqləşdirilməmiş məlumatlar yaymaqla yanaşı, Azərbaycan dövlətinin hadisələrlə bağlı mövqeyi ilə ziddiyyət təşkil edən mövqe ortaya qoyub”.
Bunu "Report”a açıqlamasında Mİlli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqarmlaşdırma və analitika şöbəsinin rəhbəri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, iyul ayının 16-da ANS dəqiqləşdirilməmiş məlumat yayaraq "Türkiyə prezidentinin devrildiyini” elan edib: "Nəzər nöqtəsi” verilişinin aparıcısı hadisələri şərh edərkən bildirib ki, hakim partiyanın daxilindəki gərginlik, xarici siyasətində buraxdığı səhvlər ortya çıxan nəticəni gözlənilən edib. Mirşahin Ağayev isə efirdən "Şəxsən mən Ərdoğanın yerində olsaydım, istefa verərdim” fikirlərini səsləndirib. Mirşahin Ağayev Türkiyə prezidentinin istefa verməsinin labüdlüyünü qeyd edib. Daha sonra bildirib ki, baş verən hadisələrə görə məsuliyyət dövlət başçısının üzərindədir. ANS televiziyası yayımladığı verilişlərdə Türkiyədə çevrlişə cəhd edənlərin xəyanətini işıqlandırmaq əvəzinə, Türkiyənin legitim hakimiyyətini baş verənlərdə günahkar çıxarmağa çalışıb və s.”

T.Dadaşov bildirib ki, ANS televiziyasının sərgilədiyi mövqe Azərbaycan ilə Türkiyə dövlətləri arasında mövcud olan ikitərəfli münasibətlərin korlanması təhlükəsi yaradıb: "Bundan başqa, hadisələr işıqlandırılarkən qəddarlıqla öldürülmüş insan cəsədləri nümayiş etdirilməklə də qanunvericiliyin tələbləri pozulub”.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin milli maraqlardan çıxış edən rəsmi mövqeyi açıqlandığı halda, ANS kanalının bu cür addımları bu kanalın redaktə siyasətində problemlərin olduğunu ortaya qoyur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol