• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 30 tələbə Azercell-də təcrübə keçmək imkanı qazandı

Daha 30 tələbə Azercell-də təcrübə keçmək imkanı qazandı
20.07.2016 10:25
Azercell Telekom-un tələbələr üçün elan etdiyi "Yay Təcrübə Proqramı-2016”-a qəbul və seçimlər artıq başa çatdı.
 
Aparılan seçimlər nəticəsində 30 nəfər məzun və tələbə bu yay Azercell-in təcrübə proqramında iştirak etmək imkanı qazanıb. Əsasən Azərbaycan Diplomatik Akademiyası, Qafqaz Universiteti və Bakı Dövlət Universiteti tələbələrinin yer aldığı "Yay Təcrübə Proqramı” telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. "Yay Təcrübə Proqramı" çərçivəsində mərhələlərlə seçilən gənclər 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər. Bundan əlavə,  tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur. Məlumat üçün bildirək ki, 16-25 may tarixlərində keçirilən seçimlərin ilk mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarət olub. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar  isə müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiliblər. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar  akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində fərqləniblər. Son seçim turu dəyərləndirmə və üz-üzə keçirilən müsahibələrdən ibarət olub.

Sentyabrda başa çatacaq təcrübə proqramının sonunda gənclərə Azercell tərəfindən sertifikatlar təqdim olunacaq. Onu da bildirək ki, indiyə qədər 103 tələbə Azercellin "Yay Təcrübə Proqramı” çərçivəsində şirkətdə təcrübə keçmək imkanı qazanıb. 

Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol