• $
  • €
  • ₽
  • ₺
  • £

ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi”nin açılış mərasimi keçirildi - FOTOLAR

ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi”nin açılış mərasimi keçirildi - FOTOLAR
21.07.2016 19:18
2016-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Multikulturalizm ili” elan olunması münasibəti ilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədi ilə "Həmrəylik düşərgəsi” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

Tədbir Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin ifasında dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov gələn qonaq və iştirakçıları salamlayaraq Lahıcın Azərbaycanın mədəniyyət mərkəzi olduğunu bildirib. İcra başçısı bu layihənin Lahıc qəsəbəsində həyata keçirilməsi üçün ismayıllılılar, xüsusilə də lahıclılar adından təşkilatçılara minnətdarlığını bildirib.

Azərbaycan Respublikasınınm Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ASAN Könüllüləri Təşkilatının 8 000 gənci ətrafında birləşdirdiyini və bu günə qədər vətənpərvərlik, mədəniyyət, sosial məsuliyyət və digər sahələrdə onlarla layihələri icra etdiyini qeyd edib.  Dövlət Agentliyinin sədri, "Həmrəylik düşərgəsi”ndə könüllülərin sosial məsuliyyətlə yanaşı vətənpərvərlik ruhunda tərbiyə alacaqlarını və bu işdə köməklik göstərən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.

Daha sonra Mədəniyyət və Turizm nazirinin birinici müavini Vaqif Əliyev və Dövlət Sərhəd Xidmətinin rəis müavini general-mayor Ədalət Əliyev çıxış edərək, Azərbaycanda ilk dəfə keçirilən bu layihənin gənclər arasında milli - mədəni irsin, multikultural dəyərlərin qorunması, vətənpərvərlik hissinin aşılanması, onların arasında düşərgə mədəniyyətinin formalaşdırılması, yeni bilik və bacarıqların öyrənilməsində xüsusi yer tutacağını qeyd ediblər.
Sonda layihəyə dəstək olan bütün şirkətlər adından çıxış edən Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev sosial layihələrdə özəl şirkətlərin iştirakının vacibliyini vurğulayıb.

Qeyd edək ki, 20-25 iyul tarixində keçiriləcək layihə, ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT–nin Əhali Fondunun təşkilati dəstəyi ilə həyata  keçirilir. Layihə müddətində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaqdır. Düşərgə zamanı həmçinin, dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılar ilə görüşü nəzərdə tutulub.  
 









www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol