• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: “Mətbuatın cəmiyyətdə rolu böyükdür”

Siyavuş Novruzov: “Mətbuatın cəmiyyətdə rolu böyükdür”
21.07.2016 13:38
"Dövlət mətbuata diqqət və qayğı göstərir. Bu da medianın inkişafına təkan verir”.

"Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, mətbuatın cəmiyyətdə rolu böyükdür: "Hər bir insan mətbuatla ünsiyyətdədir. Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında medianın rolu böyükdür. Kütləvi İnformasiya Vasitələri dördüncü hakimiyyətdir. Hər bir fikrin formalaşması üçün medianın rolunu xüsusi qeyd etmək lazımdır”.

YAP icra katibinin müavini Azərbaycan mətbuatının digər ölkələrin media orqanlarından fərqləndiyini vurğulayıb: "Azərbaycanın 20 faiz torpağı işğal olunub, 1 milyona yaxın qaçqın və məcburi köçkünü var. Ölkə mətbuatı bunu nəzərə alır, fəaliyyətini bu istiqamətdə qurur”.

O qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur: "Dünyada böhran baş verib, bu, müəyyən qədər Azərbaycana da təsir edir. Amma ölkəmiz 20 illik fəaliyyətin nəticəsi olaraq bu böhrandan çıxa bilir”.

Onun sözlərinə görə, aprel döyüşlərində media Azərbaycan dövlətinin yanında olub: "Ümid edirik ki, Azərbaycan mediası yaxın vaxtlarda Dağlıq Qarabağın işğaldan azad olunması ilə bağlı xəbərləri dərc edəcək”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol