• $
  • €
  • ₽
  • ₺
  • £

Rektor: "Qafqaz Universiteti bu gündən Bakı Ali Neft Məktəbinin idarəçiliyi altında fəaliyyətə başlayıb"

Rektor: "Qafqaz Universiteti bu gündən Bakı Ali Neft Məktəbinin idarəçiliyi altında fəaliyyətə başlayıb"
21.07.2016 14:38
Bu il də Qafqaz Universitetinə tələbə qəbulu əvvəlki qaydada aparılacaq

Bu gün Qafqaz Universitetində təhvil-təslim işləri həyata keçirilib. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov APA-ya açıqlamasında deyib ki, bununla da Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətə başlayıb. Onun sözlərinə görə, iclasda Qafqaz Universitetinin rektoru Ahmet Sanıç könüllü olaraq ərizə yazıb rektor vəzifəsindən azad olunmasını xahiş edib: "Ona əlavə heç bir vəzifə verilmədi və Qafqaz Universitetinin rektoru vəzifəsindən azad olunmaqla işindən tamamilə getdi. Mən artıq Qafqaz Universitetinin rektoru vəzifəsini də icra edəcəm”.
 
Rektor Qafqaz Universitetinin adının dəyişiləcəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. O, bu xəbərlərin doğru olmadığını və Qafqaz Universitetinin adının dəyişilməyəcəyini qeyd edib. E.Qasımovun sözlərinə görə, sadəcə, ali məktəb Bakı Ali Neft Məktəbinin İdarəçiliyi altında fəaliyyət göstərəcək: "Bu il də Qafqaz Universitetinə tələbə qəbulu əvvəlki qaydada aparılacaq. Fürsətdən istifadə edərək Azərbaycanın bütün savadlı abituriyentlərini Qafqaz Universitetində təhsil almağa dəvət edirəm. Tələbələrin təhsili də Qafqaz Universitetinin kampusunda davam etdiriləcək. Universitetinin tələbə və müəllim kontingenti olduğu kimi qalır, sadəcə, universitet Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib və rektor olaraq həmin ali məktəbə rəhbərlik edəcəm”.
 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol