• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik turistlərə xəbərdarlıq etdi

Nazirlik turistlərə xəbərdarlıq etdi
21.07.2016 15:02
Mədəniyyət və Turizm Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Oxu.Az xəbər verir ki, bəzi turizm şirkətləri vətəndaşlara turizm məhsulunu təqdim edərkən ölkə qanunvericiliyində nəzərdə tutulan tələblərə riayət etmir və bu da vətəndaşlarda çaşqınlıq yaradır.

Xarici ölkələrə turizm şirkətləri vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətin turist vauçerini, səfərlə bağlı ödəniş sənədlərini, eləcə də "Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etmələri xahiş olunur. Bu kimi halların qarşısının alınması məqsədilə nazirlik "Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq hazırlanan müqaviləni mütləq şəkildə tələb etməyi tövsiyə edir.

Məlumata əsasən, müqavilə ölkə qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır: "Turist (alıcı) haqqında turizm məhsulunun satışı üçün zəruri olan həcmdə məlumat, səyahətin proqramı və marşrutu barədə məlumat göstərilməklə turizm məhsulunun istehlak xassələri, turistlərin təhlükəsizlik şərtləri, turizm məhsulunun sertifikatlaşdırılmasının nəticələri haqqında düzgün məlumat, tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsaslı dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var. Eyni zamanda turizm şirkəti tərəfindən təqdim edilən müqavilənin şərtləri diqqətlə oxunduqdan sonra imzalanması tövsiyə olunur”.

Qeyd edək ki, turizm vauçeri - turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəddir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol