• $
  • €
  • ₽
  • ₺
  • £

Ali Media Mükafatının laureatlarının adları açıqlandı

Ali Media Mükafatının laureatlarının adları açıqlandı
22.07.2016 15:25
Mətbuat Şurasının (MŞ) Ali Media Mükafatının mükafat komissiyasının iclası keçirilib.
 
Şuradan APA-ya verilən məlumata görə, MŞ İdarə Heyətinin üzvlərindən ibarət komissiya mükafatın 2016-cı il üçün laureatlarının müəyyənləşdirilməsi məsələsini nəzərdən keçirib. Müzakirələrdən sonra Ali Media Mükafatının 2016-cı il üçün laureatları təsdiqlənib. Laureatlara mükafatlar bu gün – 22 iyul 2016-cı il tarixdə milli mətbuatımızın 141 illiyi ilə bağlı "Altun saray” restoranında keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.
 
Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə - Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə "525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli, "Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan, jurnalist-publisist Aida Eyvazova, "Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, jurnalist-publisist Rəşid Hüseynov təltif ediliblər. Ali Media Mükafatının 2-ci dərəcəsi üzrə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə, Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunublar.
 
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən "İşığa gedən yol” romanına görə Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureat, yəni qalib olub.
 
Qeyd olunub ki, Ali Media Mükafatı MŞ İdarə Heyətinin 6 iyul 2010-cu il tarixli iclasının qərarı ilə təsis edilib. Mükafatının Əsasnaməsinə uyğun olaraq Azərbaycanda jurnalistikanın inkişafı sahəsində çoxillik xidmətləri olan, səmərəli fəaliyyətini indi də davam etdirən, həmçinin mediamızın çağdaş problemlərinin həllində təşəbbüskarlığı və təşkilatçılığı ilə fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi əsas götürülüb.
 
Hər il 22 iyul Milli Mətbuat Günündə təqdim olunan mükafatın 3 dərəcəsi var. İclasda birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilib.
 
Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə laureatların hər birinə 1000, 2-ci dərəcəsi üzrə 2000 manat pul təqdim edilir. 1-ci dərəcə üzrə laureat isə 5000 manat pulla mükafatlandırılır.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol