• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metropolitenindən yeni sosial layihə - FOTOLAR

Bakı Metropolitenindən yeni sosial layihə - FOTOLAR
22.07.2016 17:30
İyulun 22-dən Bakı metropoliteninin stansiyalarında işğal altında olan torpaqlarımıza həsr olunmuş növbəti sosial layihəyə start verilib.
 
ANN.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
 
Qurum rəsmisinin sözlərinə görə, tədbir çərçivəsində "Azadlıq prospekti”, "Nəsimi”, "Elmlər Akademiyası”, "Nizami”, "28 May”, "Qara Qarayev”, "Neftçilər”, "Koroğlu”, "Əhmədli” və "Həzi Aslanov” stansiyalarında işğal altında olan ərazilərimiz haqqında məlumatlar xüsusi tərtib olunmuş stendlərdə nümayiş etdirilir: "Statik lövhələrdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımız haqqında ümumi məlumatla yanaşı, ərazilərimizin işğal tarixi, vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimiz vətəndaşlarımıza bir daha xatırladılır. Layihənin məqsədi bu hadisələri yaddaşlarda möhkəmləndirmək, eləcə də şəhərimizə təşrif buyuran əcnəbi qonaqların işğal olunmuş ərazilərimizə diqqətini cəlb etməkdir".
 
"Stendlərdə Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları haqqında məlumatların əks olunması əhali arasında, xüsusən də gənclərdə vətənpərvərliyin təbliğinə və tərənnümünə yönəldilmiş aksiyanın davamıdır" - deyə N.Paşayev əlavə edib.
 




 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol