Qurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq

Bayram sentyabrın 12-13-də qeyd olunacaq
Bu il Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.
Bu barədə "Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən (NK) məlumat verilib.
Belə ki, NK-nin "2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün - sentyabrın 12-si və 13-ü Qurban bayramıdır. Sentyabrın 10-u və 11-i tarixləri şənbə və bazara təsadüf edir.
Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























