• $
  • €
  • ₽
  • ₺
  • £

Ekstremal jurnalistlərin təlimləri davam edir

Ekstremal jurnalistlərin təlimləri davam edir
25.07.2016 17:40
Ekstremal jurnalistlərin təcrübə poliqonunun növbəti təlimləri davam etdirilir.

ANN.Az xəbər verir ki, Dinc Dünya Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Müdafiə Nazirliyin dəstəyi ilə həyata keçirilən təlimin ilk mərhələsində ölkə mediasının 20 nümayəndəsi iştirak edib.

Təlimlər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirilir. Media nümayəndələri hərbi hissədə təlim tədris fəaliyyəti ilə yaxından tanış olublar. Jurnalistlərə artilleriya bölmələrinin döyüş fəaliyyəti, topçuların həyəcan siqnalı ilə qaldırılması təlimləri göstərilib. 

Təlim ərəfəsində praktiki olaraq hərbçilərin düşmən hücumunun qarşısının alınması təlimləri ilə jurnalistlər yaxından tanış olublar. Ekstremal şəraitlərdə jurnalistlərin hansı mövqedən daha təhlükəsiz çəkiliş aparmaq imkanının olması, hərbi texnikalardan kənarda işlərinin davam etdirmələri ilə tapşırıqlar verilib. 

Layihə rəhbəri, Dinc Dünya Araşdırmalar Mərkəzinin rəhbəri Əlisəfa Mehdiyevin sözlərinə görə, jurnalistlər üçün bu təlimin həyata keçirilməsi ölkədə peşəkar hərbi jurnalist yetişdirməkdir: "Ekstremal situasiyalarda işləyən jurnalistlər yetişdiririk. Təlimin ilk hissəsi iyul 23-dən 31-dək davam etdiriləcək. Təlimlərin ardıcıl olaraq, növbəti illərdə də həyata keçirilməsi planlaşdırılır".

Təlim zamanı N saylı hərbi hissənin komandiri jurnalistlərə düşmənlə üzbəüz olan əsgərlərlə davranış qaydaları və onların ixtisaslaşdırılmasının hansı qaydada aparılmasından söz açıb: "Hər bir əsgəri ixtisaslaşdırmaq üçün ilk öncə savadlı kiçik zabit heyəti olmalıdır. Yüksək rütbəli zabit kiçik rütbəli zabitlərə ixtisas dərslərinin keçirilməsi ilə əlaqədar öz tapşırıqlarını verir. Əsgər hərbdə ən kiçik rütbəli şəxsdir. Kiçik zabitlər əsgərlərin ixtisaslaşmasında çox böyük rol oynayırlar. Əsgər ilk növbədə savadlı, daha sonra təcrübəli olmalıdır. Postda xidmət edən əsgər hər gün gündəlik olaraq fiziki idmanla məşğul olmalıdır. Bundan əlavə düşmənlə üzbəüz dayanmağımıza baxmayaraq, kənd əhalisi də qorxmadan, çəkinmədən neçə ildir burada yaşayır".

Orxan Aslanlı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol