• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarpız zəhərlənməsi”nin əsl səbəbi nədir?

“Qarpız zəhərlənməsi”nin əsl səbəbi nədir?
26.07.2016 14:39
"Bir çox hallarda zəhərlənmə hadisəsinin hansı qidadan yarandığı aydınlaşdırılmadan bunun qarpızdan baş verdiyi deyilir".

Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, insanın qarpızdan zəhərləndiyini düşünməsi bunun həqiqətən də həmin  giləmeyvədən baş verməsi demək deyil: "Bir çox hallarda mədə-bağırsaq sisteminin pozulması problemi ilə xəstəxanaya müraciət edən şəxs digər qidaları nəzərə almadan qarpız qəbul etdiyini deyir. Qarpız isə onun son yediyi qida ola bilər. Axı bir insan gün ərzində tək qarpızla qidalanmır. Xəstələr qəbul etdikləri digər qidaların adlarını çəkmirlər. Bəzən qarpızdan zəhərləndiyini deyən insanın vəziyyəti araşdırılanda problemin əslində ondan əvvəl qəbul edilən köhnə qidalardan olduğu aydın olur. Qarpızın qəbulu isə sadəcə zəhərlənmə prosesini sürətləndirir. Qapızın qəbulu zamanı mədə və bağırsaqlarda maye artır. Bu da həzm orqanlarında olan faydalı qidalarla yanaşı, zərərli bakteriyaların sovrulmasını da sürətləndirir. Ona görə də bir çox hallarda problem qarpızdan sonra yaranır".

Şöbə müdiri deyib ki, bakterial mənşəli zəhərlənmələr qarpızdan baş verə bilməz: "Qarpızda bakteriya yoxdur. Prosesdə başqa faktorların olduğunu nəzərə almaq vacibdir. Bəzən insanlar qarpızın bir hissəsini yedikdən sonra digər yarısını soyuducuya qoyurlar. Başqa qidalar qəbul etdikdən sonra onun üzərindən soyuq qarpızı yeyirlər. Bu da nəticə etibarilə ishal yaradır. Deməli, burada problem qarpızda deyil, insanların qida rasionuna düzgün əməl etməməsindədir".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol