• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Şirvandakı partlayışla bağlı Komissiya yaratdı

İlham Əliyev Şirvandakı partlayışla bağlı Komissiya yaratdı
26.07.2016 21:57

Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin (MSN) "Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

ANN.Az-ın xəbərinə görə, sərəncama əsasən baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə MSN-nin Şirvan şəhərində yerləşən "Araz” zavodunda baş vermiş partlayışla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Komissiyanın sədri:

Yaqub Eyyubov – Azərbaycan Respublikası baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Yavər Camalov – Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri
Zakir Qaralov – Azərbaycan Respublikasının baş prokuroru
Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Vilayət Eyvazov – Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini
Səlim Müslümov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Faiq Tağı-zadə – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Abbas Vəlibəyov – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Mərdan Camalov – Şirvan şəhər İcra Hakimiyyətinin başçısı.

Sərəncamla müəyyən olunub ki, Dövlət Komissiyası hadisənin səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməli, hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etməli, görülmüş işlər haqqında Azərbaycan prezidentinə məlumat verməli, Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərini həyata keçirməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Araz” zavodunda partlayış baş verib. Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol