• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş xidmət rəisinə yeni vəzifə verildi

Keçmiş xidmət rəisinə yeni vəzifə verildi
27.07.2016 12:05
Nazirlikdə Sosial sığorta və pensiya siyasəti şöbəsi yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında Sosial sığorta və pensiya siyasəti şöbəsi yaradılıb.

ANN.Az xəbər verir ki, bu barədə "Report”un sorğusuna cavab olaraq nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Şöbə müdiri xatırladıb ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib. 

Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsində aparılan dəyişikliklərlə, əmək pensiyaları və sosial sığorta sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsinin təmin olunması nazirliyin fəaliyyət istiqamətləri sırasına daxil edilib.

"Sosial sığorta və pensiya siyasəti şöbəsi də müvafiq sahədə vəzifələrin yerinə yetirilməsini, o cümlədən sosial sığorta və pensiya sistemi ilə bağlı normativ hüquqi aktların, aidiyyəti fəaliyyət sahələri üzrə proqram və layihələrin, təlimatı-metodiki göstərişlərin işlənib hazırlanmasını, təkliflərin verilməsini təmin edəcək. Şöbənin müdiri vəzifəsinə əvvəllər Dövlət Sosial Təminat Xidmətinin rəisi vəzifəsində çalışmış Çingiz Əliyev təyin olunub”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol