• $
  • €
  • ₽
  • ₺
  • £

II və III qruplar üzrə abituriyentlərin 52 faizi 200 baldan aşağı nəticə göstərib

II və III qruplar üzrə abituriyentlərin 52 faizi 200 baldan aşağı nəticə göstərib
27.07.2016 13:14
 Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında imtahan verən 41 800 abituriyentdən 21 652-si (51,8 faiz) 200 baldan aşağı nəticə göstərdiyi üçün müsabiqəyə buraxılmayıb.

"Report"un araşdırmasına əsasən, iyul ayının 23-ü II qrup üzrə imtahan verən 22 135 abituriyentdən 10 621 nəfəri müsabiqədə iştirak etmək hüququ əldə edib. İmtahan verən 11 514 abituriyent müsabiqə şərtlərini ödəməyib, yəni keçid balını (200 bal) toplaya bilməyib.

II qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 656 nəfər 600 baldan yuxarı nəticə göstərib, 1274 nəfər 500-600, 1984 nəfər 400-500, 2757 nəfər 300-400, 3850 nəfər 200-300 bal arası nəticə göstərib.

III qrup üzrə isə 19 673 nəfər imtahan verib. İmtahan nəticələrinə əsasən 9 535 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib, 10 138 nəfər isə müsabiqəyə buraxılmayıb. Buna səbəb həmin abituriyentlərin keçid balı (200 bal) toplaya bilməməsidir.

III qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 607 nəfəri 600 baldan yuxarı nəticə göstərib, 1358 nəfər 500-600 arası, 1992 nəfər 400-500 bal arası, 2513 nəfər 300-400 bal arası, 3 065 nəfər isə 200-300 bal arası nəticə göstərib.

Qeyd edək ki, ixtisas seçimi bütün qruplar üzrə iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol