• $
  • €
  • ₽
  • ₺
  • £

Borcu on mini keçənlər ölkədən buraxılmır

Borcu on mini keçənlər ölkədən buraxılmır
28.07.2016 13:06
Azərbaycanda vergi borcu olan 596 vətəndaşın çıxmasına məhdudiyyət qoyulub. 

ANN.Az Fins.az-a istinadən xəbər verir ki, onlardan 283-ü fiziki şəxs, 313 nəfəri isə hüquqi şəxsin icra orqanı rəhbərləridir.  

Həm yerlilər, həm xaricilər var 

Həm fiziki şəxslərin, həm də şirkət rəhbərlərinin arasında yerli vətəndaşlarla yanaşı, xarici ölkələrin təmsilçiləri də var. Vergilər Nazirliyindən verilən məlumata görə, ölkədən çıxışı qadağan olunan şəxslərin dövlət büdcəsinə ümumilikdə 45 milyon 460 min 755 manat vergi borcu var. 

Qadağa necə qoyulur? 

Nazirliyin baş idarə rəisinin müavini Rəsul Hüseynov qadağanın hansı formada qoyulduğunu açıqlayıb: 

"Borcu barədə ona elektron bildiriş göndərilməklə yanaşı, SMS və səsli mesajlar da göndərilir. Bundan sonra vergi ödəyicisi vergi orqanına dəvət olunur. Ona vergi borcu, onun yaranma səbəbi barədə məlumat verilir, ödəmədiyi halda görüləcək tədbirlər barədə xəbərdarlıq edilir”.

Borcluların əmlakları hərraca çıxarılır

Xəbərdarlıqlara məqsədli şəkildə məhəl qoymayan vergi ödəyicilərinin bank hesablarına sərəncamlar qoyulur, əmlakları siyahıya alınıb hərraclarda satışı həyata keçirilir, avtomobillərinə həbs qoyulur və ya ölkədən getməsinə məhdudiyyət qoyulur. 

Borcu 10 mini keçənlər ölkədən buraxılmır

R.Hüseynov bildirib ki, şəxsin ölkədən getməsinə məhdudiyyət qoyulması üçün vergi borcunun miqdarı ən azı 10 min manat olmalıdır.

"Vergi borcu 10 min manat və daha artıq olan vergi ödəyicilərinin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması barədə məhkəmələrə müraciət olunur. Lakin bu qərar müstəsna hallarda vergi borcu 10 min manatdan aşağı olan şəxslərə də şamil olunur. Bu günədək vergi ödəyicilərinin 45 milyon 460 min 755 manat borcu var”. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol