• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxın günlərdə havanın temperaturu yüksələcək

Yaxın günlərdə havanın temperaturu yüksələcək
29.07.2016 13:01
"Son bir neçə gündə Azərbaycanda havanın temperaturunun normadan aşağı düşməsi müvəqqəti haldır. Yaxın günlərdə hava şəraiti yay fəslinə uyğun sabitləşəcək”.

Bunu "Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

İqlimşünas bildirib ki, yay fəslinin ortasında havanın temperaturunun aşağı düşməsi, yağıntıların olması xarakterik hal deyil: "Havanın qeyri-sabit keçməsinin səbəbi odur ki, cənubda, Aralıq dənizi üzərində formalaşan hava kütlələri ilə Atlantik okean üzərində formalaşan hava kütlələri srağagündən bütün Cənubi Qafqazda hakimlik edir. Bunun nəticəsidir ki, havanın temperaturu yay üçün xarakterik olmayan bir hala düşüb. Adətən belə hava şəraiti üç, maksimum dörd gün çəkir. Sonra isə hakim olan hava kütlələri öz yerini cənub hava kütlələrinə, tropik siklonlara verəcək və yenə havanın temperaturu yüksələcək”.

Mütəxəssisin sözlərinə görə, avqust ayının 15-20-nə qədər havanın temperaturunun yüksək olması gözlənilir: "Havanın temperaturunun çox yüksəlməsi gözlənilmir, belə şəraitdən sonra havanın temperaturu ayrı-ayrı günlərdə günorta saatlarında, günün isti dövründə maksimum 37-38 dərəcəyədək qalxa bilər”.

M.Həsənov qeyd edib ki, avqust ayının axırıncı ongünlüyündə hazırda müşahidə olunan hava şəraitinin yenidən yaranması ehtimalı var. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol