• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Prezident təqaüdü alan şəxslərin sayı açıqlanıb

Azərbaycanda Prezident təqaüdü alan şəxslərin sayı açıqlanıb
29.07.2016 18:22
Həmin şəxslərdən 176 nəfəri Milli Qəhrəman fəxri adı verilmiş şəxslərdir

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezident aylıq təqaüdü ilə təmin olunan şəxslərin sayı iyulun 1-ə 56 539 nəfər təşkil edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, həmin şəxslərdən 176 nəfəri Milli Qəhrəman fəxri adı verilmiş şəxslərdir (həmin şəxslərdən həlak olan insanların ailə üzvlərinə bu təqaüd ödənilir.) Prezidentin aylıq təqaüdü ilə təmin olunanların 19 699 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13 097-si şəhid ailələridir. Həmçinin 20 Yanvar faciəsi zamanı şəhid olmuş 115 nəfərin ailəsinə və 303 nəfər 20 Yanvar əlilinə, 405 nəfər İkinci Dünya müharibəsi iştirakçısına Prezidentin aylıq təqaüdü ödənilir. 394 nəfərə isə Prezidentin fərdi təqaüdü verilir.

Fəxri ad almış 2 365 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 19 923 nəfər, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 62 nəfər hərbi qulluqçunun ailə üzvləri də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər.

Digər sosial ödənişlər kimi, Prezidentin aylıq təqaüdünün məbləği də mütəmadi olaraq artırılır. Cari ilin yanvar ayında dövlət başçısının imzaladığı fərmanlarla və sərəncamla Prezidentin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 95 faizə qədərinin təqaüdlərinin növbəti dəfə artırılması təmin olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol