• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da Çin Xalq Azadlıq ordusunun yaranmasının növbəti ildönümü qeyd olundu

ADU-da Çin Xalq Azadlıq ordusunun yaranmasının növbəti ildönümü qeyd olundu
29.07.2016 19:58
İyul ayının 29-da Azərbaycan Dillər Universitetində ADU nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı ilə ÇXR Silahlı Qüvvələrinin yaranmasının ildönümünə həsr edilmiş "Böyük İpək yolunda təhlükəsizliyin təmin olunması” mövzusunda tələbə elmi seminarı keçirildi. 

Seminarı açıq elan edən ADU-nun nəzdində Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji rolu haqqında danışaraq Avrasiya nəqliyyat dəhlizlərinin fəaliyyət təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini xüsusi vurğuladı. R.Abbasov, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  hərbçilərlə görüşdə dünya səviyyəsində güclü orduların sırasına daxil olan və istənilən vəzifənin icrasına hazır Azərbaycan ordusu haqqında olan nitqindən sözləri xatırlatdı. 

Seminarda Azərbaycanın Çindəki səfirliyinin keçmiş hərbi attaşesi, tarix elmləri doktoru Nurulla Əliyev Asiyadakı müasir hərbi-siyasi və geoiqtisadi proseslərdə Çinin iştirakından bəhs etdi. 
 
ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri seminarda hesabatlarla çıxış edərək Çinin "fəal müdafiə” strategiyası, hərbi sahədə Çin ordusunun modernləşdirilməsinə yönəlmiş islahatlar, təhlükəsiz İpək Yolu marşrutlarının formalaşması tarixi, qədim dövlətlərin Şərq və Qərbi birləşdirən karvan yollarına nəzarət uğrunda mübarizəsi haqqında danışdılar. 
 
Seminarın işində ÇXR-in Azərbaycandakı səfirliyinin Siyasi şöbəsinin müdiri cənab Cen iştirak edirdi.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol