Prezident Xızıda yol tikintisinə 8 milyon manat ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, 4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























