• $
  • €
  • ₽
  • ₺
  • £

"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi başa çatdı

"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi başa çatdı
02.08.2016 20:48
IDEA  İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi çərçivəsində "Bəbirləri mühafizə edək!" adlı ekoloji yay düşərgəsi keçirilib.

Təhsil Nazirliyindən ANN.Az-a verilən məlumata görə, Masallı, Astara və Lənkəran rayonlarından 70-dən çox məktəblinin iştirak etdiyi düşərgə 27-30 iyul tarixlərində Masallı rayonunun Qəriblər kəndində təşkil edilib.

"Bəbirləri mühafizə edək!" yay düşərgəsinin məqsədi məktəb yaşlarından gənclərin ətraf mühitlə bağlı maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsidir.

Düşərgədə məktəblilər Qafqaz bəbirinin qorunması, insan və ətraf mühit mövzularında seminarlarda, bəbirlərin yaşadığı təbii mühitə ekskursiyalarda, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər.

Xatırladaq ki, ilk belə yay düşərgəsi 9-11 iyul 2014-cü il tarixlərində Lənkəran, Astara və Lerik rayonlarından olan məktəblilərin iştirakı ilə Masallı rayonunda təşkil olunub.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol