• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi reydlərə başlayır

Yol polisi reydlərə başlayır
03.08.2016 21:49
Azərbaycanda texniki baxışdan keçməyən xarici ölkə istehsalı olan avtomobillərlə bağlı reydlərə başlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, reydlərə avqustun 1-dən start verilib: 

"Mayın 1-dən xarici ölkə istehsalı olan avtomobillərə texniki baxışdan keçmək üçün 3 ay vaxt verilib. Bu vaxt artıq başa çatıb. Bu müddət ərzində texniki baxışdan keçməyənlər indi də müraciət edib avtomobilini texniki baxışdan keçirə bilərlər. Çünki texniki baxışdan keçirilməyən nəqliyyat vasitəsinin idarə olunmasına görə, həm fiziki, həm də hüquqi şəxslər inzibati məsuliyyətə cəlb olunur və bunun üçün 50, 100 və 300 manat məbləğində cərimə nəzərdə tutulub. Sürücülər əlavə cərimələr ödəməmək üçün avtomobillərini vaxtında texniki baxışdan keçirməlidirlər”.

K.Əliyev bildirir ki, texniki baxışdan keçmədiyi üçün hansısa sürücü barəsində inzibati protiokol tərtib olunarsa, 10 gün ərzində həmin xəta aradan qaldırılmadığı halda, yəni, avtomobil texniki baxışdan keçməsə, sürücüyə yenidən protokol tərtib ediləcək.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol