• $
  • €
  • ₽
  • ₺
  • £

Ərəblərin Azərbaycanda qaldığı otellər

Ərəblərin Azərbaycanda qaldığı otellər
04.08.2016 22:15
Körfəz ölkələrindən gələn ərəb turistlər Azərbaycanda daha çox beşulduzlu otellərə üstünlük verirlər.

Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində "Falcon Travel” şirkətinin direktoru Pərviz Musayev deyib. Daha çox ərəb ölkələrindən gələn turistlər üzrə çalışan şirkətin rəhbəri bildirib ki, bu il ərəb turistlərinin ölkəmizə gəlməsinin sayında ciddi artım müşahidə olunur. Bunun müxtəlif səbəbləri var.

"Ərəb ölkələrinin turistləri üçün Azərbaycanın cəlbedici olmasının səbəbi ölkəmizin təbiətinin möhtəşəmliyi, turistlər üçün əsas amillərdən olan restoranlarda yeməklərin halal olması, aeroportda sadələşdirilmiş viza rejiminə keçilməsi, birbaşa aviareyslərin həyata keçirilməsi və ölkəmizə uçuş məsafəsinin az olmasıdır. Həmçinin yay ayları ərəb ölkələrində kəskin isti olmasınında rolu var. Son zamanlar Türkiyədə baş verən hadisələrin nəticəsində Azərbaycana gələn ərəb turistlərin sayında kəskin artım müşahidə olunub”, - deyə P.Musayev əlavə edib.

P.Musayev qeyd edib ki, hazırda ölkəmizə ən çox turist Birləşmiş Ərəb Əmirliklərindən gəlir. Bundan əlavə Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, Oman və İraqdan da gələn turistlər də üstünlük təşkil edir.

İraqdan gələn turistlərin aşağı kateqoriyalı, daha ucuz otelləri seçdiyini bildirən P.Musayev körfəz ölkələri turistlərinin Bakıda və regionlarda daha çox beşulduzlu otellərə üstünlük verdiklərini söyləyib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol