• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbə köçürülməsi və ixtisas dəyişmə elektron qaydada aparılacaq

Tələbə köçürülməsi və ixtisas dəyişmə elektron qaydada aparılacaq
09.08.2016 18:00
Təhsil naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrində təhsil alanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə əmr imzalayıb.
 
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, əmrə əsasən tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq bakalavriat səviyyəsində təhsilalanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə aparılmasına başlanılacaq.
 
Əmrlə müəyyən edilib ki, ali təhsil müəssisələrinə köçürülmə və ixtisasların dəyişdirilməsi prosesi Təhsil Nazirliyinin elektron portalı (transfer.edu.az) ilə yanaşı Azərbaycan Respublikası təhsil nazirinin 14.02.2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ında müəyyən edilmiş  prosedur əsasında da aparıla bilər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol