• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell İnternet istifadəsini rahatlaşdırdı

Azercell İnternet istifadəsini rahatlaşdırdı
09.08.2016 16:39
Ölkənin lider mobil operatoru Azercell Telekom abunəçilərin sürətli və sərfəli mobil internetə artan tələbatını nəzərə alaraq bu xidmətdən yeni rahat istifadə imkanı yaradıb.
 
Bu dəfə şirkət tərəfindən təqdim olunan yeni xidmət sayəsində abunəçilərimiz üçün internet paketlərlərindən istifadə daha da rahatlaşdı. Belə ki, internet paketi bitən zaman abünəçi istifadəni davam etdirmək üçün xüsusi keçid səhifəsinə yönləndiriləcək. Bu səhifəyə keçiddən sonra isə abunəçi bir düymə ilə 3 seçim imkanından birindən faydalana biləcək: Mövcud internet paketini yeniləmək, daha yüksək həcmli internet paketi sifariş etmək və ya internetdən paketsiz istifadə etmək (1MB=0.05AZN tarifi ilə).

Bu xidmətin ən əsas üstünlüyü isə ondan ibarətdir ki, internet paketi sifariş etmək üçün SMS göndərməyə və ya telefonun ekranında xüsusi kod yığmağa ehtiyac qalmır. Abunəçi internet paketi bitəndən sonra internet brauzerə daxil olaraq yalnız bir düymə ilə internet paketini aktivləşdirir. 

Məlumat üçün bildirək ki, Azercell son bir il ərzində mobil internet paketlərində 55%-dək endirimlər etdi. Bununla yanaşı, Azercell şəbəkəsindən ötürülən məlumatın həcmi əvvəlki illərlə müqayisədə 35% artdı. Hazırda Azercell-in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir.  Şirkət yalnız Azərbaycan deyil, bütün regionda ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim etməklə ölkədə mobil internetdən istifadəni daha əlverişli etdi.  


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol