• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Şəhid Raquf Orucovun ailəsinin hesabına 4447 manat köçürülüb

Nazirlik: Şəhid Raquf Orucovun ailəsinin hesabına 4447 manat köçürülüb
09.08.2016 17:14
"Bu ilin aprel ayında Ermənistanın ölkəmizə qarşı silahlı təxribatının qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə Azərbaycan Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan təqaüdünün, habelə övladlarına pensiya və aylıq sosial müavinətin təyin olunması tam təmin edilib”.

"Report”un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elman Babayev deyib.

O bildirib ki, şəhidin həyat yoldaşı Sevinc Əlizadənin adına plastik kartın hazırlanması üçün Kapital Bank ASC-yə müraciət olunub, kart qısa müddətdə hazırlanaraq bu gün ona təqdim olunub və aylıq məbləği 907,70 manat olan pensiya 4 aprel tarixdən hesablanaraq, avqust ayı da daxil olmaqla 5 ay üzrə ümumi məbləği (4447 manat) onun həyat yoldaşının adına olan kart hesabına köçürülüb.

Eyni zamanda, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin aylıq məbləği 220 manat olan təqaüdünün qanunvericiliyə uyğun olaraq şəhidin ailə üzvləri arasında bərabər bölgüsü əsasında aylıq 165 manatı S.Əlizadəyə və onun 2 övladına təyin olunub. Prezident təqaüdünün 4 aprel-iyul ayları üzrə 643,5 manatlıq məbləği 19 iyul tarixdə ona ödənilib. Qeyd olunanlardan əlavə, S.Əlizadənin uşaqlarına aylıq 38 manat sosial müavinət təyin olunub. Sadalanan sosial ödənişləri ümumiləşdirdikdə, S.Əlizadənin ailəsinə hər ay 1110,7 manat (165+907,7+38) ödəniş olunacaq.

Şəhidin həyat yoldaşı Sevinc Əlizadə nazirlik tərəfindən məsələnin dərhal nəzarətə götürülərək operativ həll olunmasına görə təşəkkürünü bildirib: "Sosial ödənişlərin təyin olunması ilə bağlı bir neçə gün bundan öncə, yəni avqustun 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət etmişəm və qısa müddət ərzində məsələ həll olunub. Mən burada yüksək səviyyədə qarşılanmışam və nazirliyin əməkdaşlarına təşəkkürümü bildirirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qısa müddətdə müvafiq sənədlərin tam tərkibdə əldə olunmasını təmin edib”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol