• $
  • €
  • ₽
  • ₺
  • £

Kardioloq: “Ürək xəstəlikləri kifayət qədər cavanlaşıb”

Kardioloq: “Ürək xəstəlikləri kifayət qədər cavanlaşıb”
09.08.2016 20:35
"Hazırda insanlar arasında ürəyin işemik xəstəliyi kifayət qədər cavanlaşıb".
 
Bunu "Report"a kardioloq Vüqar Zamanov bildirib.

O, son bir ildə 4-5 nəfər gənc yaşda olan insanlar üzərində ciddi ürək əməliyyatları həyata keçirdiyini söyləyib: "Bu gün 28, 33, 35 və 38 yaşında stend qoyduğum xəstələr var. Hətta bəzi xəstələrin damarları stendə uyğun olmadığından üzərində açıq əməliyyatlar aparmağa məcbur olmuşuq. Əgər bəzi xəstələrə vaxtında stend qoyulmasa, bir müddət sonra onlarda infarkt riski yaranır. Belə xəstələr hətta ölməsələr də, ürək çatşmazlığı və s. problemlər olur. Məsələn, 38 yaşında infarkt keçirmiş xəstəm olub".

V.Zamanov deyib ki, kişilər arasında ürək-damar xəstəlikləriylə bağlı müraciətlər daha çox 40-60 yaş arasında olur: "Onlar əsasən ürəyin işemik xəstəliyi, qapaq problemi ilə bağlı şikayət edirlər. Ancaq daha gənc xəstələr miokardit, anadangəlmə və ya qazanılmış ürək qüsurlarına görə müraciət edirlər. Qadınlarda klimaks dövrünə qədər orqanizmdə baş verən hormonal proseslər ürəyin işemik xəstəliyinin yaranmasının qarşısını ciddi şəkildə alır. Ona görə də bu xəstəlik ən çox kişilərdə rast gəlinir".

Kardioloq vurğulayıb ki, ürəyin işemik xəstəliyinin yaranmasının bir çox səbəbləri var: "Buna qidalanma, irsiyyət, stress, zərərli vərdişlər, sosial faktorlar və s. səbəbləri göstərmək olar. Ümumiyyətlə, ürək-damar xəstələrinin ilkin mərhələdə şikayəti xüsusilə hərəkət vaxtı sinədə ağrı, yanma və göynəmə hissiyyatı ilə bağlı olur. Xəstənin ürəyində problem artdıqca rahat şəkildə gedə biləcəyi məsafə də azalır. Yəni damardakı darlığın dərəcəsi artdıqca insan qısa məsafəni belə rahat şəkildə gedə bilmir. Hətta qida qəbul etdiyi yerdə ürək ağrısı da tuta bilər. Ürək xəstəliyini aşkara çıxarmaq üçün kompleks müayinə aparılmalıdır. Əvvəlcə ürəyin əzələ gücü yoxlanılır. Əgər əzələ gücü normaldırsa, ikinci mərhələdə yük sınağı müayinəsi aparılır, ancaq bir insan infarkt keçiribsə, o zaman yük sınağı müayinəsinin heç bir mənası yoxdur".

V.Zamanov əlavə edib ki, bu gün Azərbaycanda olan mərkəzlər ürək xəstəliklərinin müalicəsi məsələsində regionda öz sözünü deməyə qadirdir: "Ölkədə ürək transplantasiyası əməliyyatından başqa da hər cür müalicənin aparılması mümkündür".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol