• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

İlham Əliyev Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib
10.08.2016 17:35
Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional "ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
 
APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Qəbələ regional "ASAN xidmət” mərkəzinin dördmərtəbəli binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib.
 
Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, yeni xidmətin işə başlamasını bildirən düyməni basıb.
 
Dövlət başçısı binada yaradılan şəraitlə tanış olarkən bildirilib ki, "ASAN xidmət” mərkəzinin fəaliyyətindən Qəbələ də daxil olmaqla, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonları ərazisində qeydiyyatda olan vətəndaşlar, ümumilikdə 902 min 435 sakin yararlanacaq.
 
Mərkəzdə prezident İlham Əliyev yeni layihələrlə də tanış olub. Dövlət başçısına "ASAN wifi” layihəsi, "ASAN i-LAB” innovasiya laboratoriyası, "BAŞLA” layihəsi və "ASAN VİSA” portalı barədə məlumat verilib.
 
Prezident İlham Əliyevə "Ready 1.0-hazır sənəd” cihazı haqqında da məlumat verilib.
 
Sonra prezident İlham Əliyev Qəbələ rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol