• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi ilə TQDK arasında narazılığa səbəb olan prosedur ləğv edilib

Təhsil Nazirliyi ilə TQDK arasında narazılığa səbəb olan prosedur ləğv edilib
10.08.2016 18:14
Dövlət İmtahan Mərkəzinin hüquqlarından biri ləğv edilib.
 
APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.
 
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində əksini tapan Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Təhsil Nazirliyinə təqdim etmək hüququ ləğv edilib.
 
Digər dəyişikliyə əsasən, Dövlət İmtahan Mərkəzinə fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqatlar aparmaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət informasiya sistemlərindən və ehtiyatlarından, o cümlədən "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən informasiya almaq və dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək hüququ verilib.
 
Qeyd edək ki, indiyə qədər qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparılması və nəticələrinin Prezidentə və Təhsil Nazirliyinə təqdim edilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Təhsil Nazirliyi arasında mübahisələrə, ictimai müzakirələrə səbəb olub.
 
TQDK-nın səlahiyyətləri Dövlət İmtahan Mərkəzinə verilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol