• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə naziri xüsusi təyinatlıların döyüş hazırlığını və təlim məşqlərini izləyib

Müdafiə naziri xüsusi təyinatlıların döyüş hazırlığını və təlim məşqlərini izləyib
11.08.2016 17:05
Müdafiə, naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti avqustun 11-də Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində olub.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətində verilən məlumata görə, təlim sahəsinə gələn müdafiə naziri xüsusi təyinatlı kursantların döyüş hazırlığı məşğələsinin gedişatı ilə maraqlanıb və təlim məşqlərini izləyib.
 
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsəsən aprel döyüşlərindən sonra xüsusi təyinatlıların silahlanmasına əlavə olaraq daxil edilən texnoloji cəhətdən ən müasir silahlar, texniki vasitələr və təchizatlara baxış keçirilib.
 
Sonra şəxsi heyətin praktiki atəş açma və taktiki bacarıqları yoxlanılıb.
 
Müxtəlif təlim nöqtələrində xüsusi təyinatlılar soyuq və atıcı silahlardan istifadə, aviasiya dəstəyi ilə döyüş atışlı fəaliyyət, düşmən postuna basqın, motoparaplan vasitəsilə yüklərin çatdırılması, binaiçi döyüşün aparılması üzrə müxtəlif tapşırıqları peşəkarlıqla icra ediblər.
 
Şəxsi heyətlə görüşən Müdafiə naziri xüsusi təyinatlıların, o cümlədən ümumilikdə bütün Silahlı Qüvvələrin döyüş qabiliyyətini, təcrübəsini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
 
Hərbi qulluqçular Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduqlarını bildiriblər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol