• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə MTRŞ-nin ANS-ə qarşı şikayətini təmin edib

Məhkəmə MTRŞ-nin ANS-ə qarşı şikayətini təmin edib
11.08.2016 19:17
Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.
  
APA-nın məlumatına görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə MRTŞ-ın nümayəndəsi Nemət Cavadov bildirib ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsində qurumun ANS-ə qarşı şikayətinin icraatının dayandırılması ilə bağlı qəbul olunan qərardad qanuna ziddir.
 
O qeyd edib ki, qarşılıqlı şikayət eyni motivlə bağlı olduğu üçün bir hakimin icraatına verilməli və yaxud da hakim işə baxışı bərpa etməlidir.
 
ANS-in vəkili Muxtar Mustafayev isə MTRŞ nümayəndəsinin mövqeyi ilə razılaşmayıb və hazırda ANS-in MRTŞ-ya qarşı 40 min manatın qaytarılması ilə bağlı şikayətinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxıldığını xatırladıb.
 
Məhkəmə heyəti qərar qəbul etmək üçün müşavirəyə gedib.
 
Müşavirədən sonra məhkəmə qərarını açıqlayaraq MTRŞ-ın şikayətini təmin edib.
 
Qeyd edək ki, MTRŞ "ANS Müstəqil Yayım və Media Şirkəti”ni məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iş üzrə icraatın dayandırılması ilə bağlı qərardad qəbul edib. Buna səbəb ANS-in 40 min manat vəsaitin MTRŞ tərəfindən ona verilməsi ilə bağlı qarşılıqlı iddia verməsi olub. Hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə bu iddiaya başqa bir hakimin icraatında baxılır. 
MTRŞ isə bu qərardaddan Apellyasiya Məhkəməsinə şikayət edib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol