• $
  • €
  • ₽
  • ₺
  • £

SABAH tələbələri Londonda keçirilən yay məktəbində iştirak etdi

SABAH tələbələri Londonda keçirilən yay məktəbində iştirak etdi
12.08.2016 11:48
SABAH tələbələri 31 iyul–7 avqust tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən yay məktəbində iştirak edib.

Təhsil Nazirliyindən ANN.Az-a verilən məluamat görə, 700-dən çox tələbə arasından yüksək akademik göstəricilərinə və müsahibə nəticələrinə əsasən, 10 nəfər SABAH tələbəsi seçilib. Müxtəlif baza ali təhsil müəssisələrindən olan tələbələr Londonda intensiv ingilis dili kursunda iştirak etməklə, dil biliklərini, eyni zamanda dünyagörüşlərini inkişaf etdirmək imkanı əldə ediblər.

İkinci ildir keçirilən yay məktəbində SABAH tələbələri dünyanın bir sıra ölkələrindən olan tələbə və müəllimlərlə tanış olub, ünsiyyət və danışıq klubunda iştirak ediblər. Kursun sonunda tələbələrə sertifikatlar təqdim olunub. 

Asudə vaxtlarında SABAH tələbələri Britaniya Muzeyi, Viktoriya və Albert muzeyi, Elm muzeyi, Təbiət tarixi muzeyi, Müqəddəs Pol kilsəsi, Parlament binası, Biq Ben qülləsi, Bukinqem sarayı, Hayd park, Müqəddəs Ceyms parkı, Recent parkı, Kiçik Venesiya, həmçinin Oksford şəhəri və Oksford Universitetinin "Christ Church” kampusunu və digər tarixi-mədəni yerləri görmək imkanı əldə ediblər.

Proqramın məqsədi əmək bazarının artan tələblərinə müvafiq olaraq, SABAH tələbələrinin ingilis dili bacarıqlarını əyani mühitdə inkişaf etdirmək və onların şəxsi inkişafına dəstək verməkdən ibarətdir.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH qrupları layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol