• $
  • €
  • ₽
  • ₺
  • £

DYP sürücülərə xəbərdarlıq etdi

DYP sürücülərə xəbərdarlıq etdi
12.08.2016 13:51
"Yüngül minik avtomobillərin dövlət texniki baxışından keçmə müddəti avqustun 1-də başa çatıb. Nəzərdə tutulan müddət ərzində texniki baxışdan keçməyən avtomobillərin sürücüləri qanunvericiliyin tələblərinə uyğun olaraq, inzibati məsuliyyət daşıyır".

Bu barədə "Report"a Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən ötən günlər ərzində qanun tələblərini pozan 97 sürücü müəyyən olunaraq, texniki baxışdan keçmədəyinə görə məsuliyyətə cəlb edilib: "Sürücülər minik avtomobilini istehsal ilinin 5-ci, 7-ci, 9-cu illərində, 11-ci ilindən artıq hər il texniki baxışa təqdim etməlidir. İnzibаti Xətаlаr Məcəlləsinin 339.1 mаddəsinin tələbinə müvаfiq olаrаq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən "Yol hərəkəti haqqında” Qanunla ilə müəyyən edilən qaydada və müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu qaydaları pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir".

Polis polkovniki qeyd edib ki, Nəqliyyаt vаsitələrinə teхniki bахış nəqliyyat vasitəsinin qeydiyyаt yerindən asılı olmayaraq, avtomobil sahibləri DİN Bаş Dövlət Yol Polis İdаrəsinin Bakı şəhəri Sаbunçu rаyonu Maştağa qəsəbəsində yerləşən müаsir аvdаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilən teхniki müаyinə mərkəzində həftənin bütün günləri, fasiləsiz olaraq keçirilir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol