• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Gənclər günündə qan vermə aksiyası keçirildi - FOTOLAR

Beynəlxalq Gənclər günündə qan vermə aksiyası keçirildi - FOTOLAR
12.08.2016 20:41
12 avqust - Beynəlxalq Gənclər günündə  Gənclər üçün Təhsil Mərkəzi, Qan Donorları Assosasiyası və Mərkəzi Qan Bankı "Gəncliyin Sevgisi Sərhədsizdir” adlı kampaniya çərçivəsində gənclərin iştirakı ilə gənclər arasında qanvermə aksiyası həyata keçirib. 

Qan Donorları Assosasiyasının mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, aksiyanı giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə donorları salamlayıb və bildirib ki, bu gün aksiyada əcnəbi gənclərin iştirakı və onların donor qismində çıxış eləməsi qan xəstəliyindən əziyyət çəkən insanlara qarşı bu sevginin sərhəd tanımadığına əyani sübutdur..

Onun sözlərinə görə, bu gün öz qanını nəinki  həmvətənləri ilə bölüşməyə hazır olan gənclik sabah bəşəriyyət uğrunda istənilən fədakarlığa imza atacaq: "Çünki onların gözlərindəki insan sevgisi hər şeydən alidir”.

Sonra Qan Donorları Assosasiyasının rəhbəri Fuad Əsgərov bildirib ki, bu əlamətdar günün qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiram nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir. Bildirilib ki, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır. 

Qeyd edək ki, qanvermə aksiyasının keçirilməsində əsas məqsəd isti yay günlərində hemofiliyalı və talassemiyalı xəstələrin qan ehtiyaclarını ödəmək üçün yaranan qan çatışmazlığının qismən aradan qaldırılmasıdır. Qanvermə aksiyası həmçinin region gənclərinin sağlamlıq məsələlərinə diqqət artırmağı, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işlərinin aparılmasını, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək verməyi, o cümlədən gənclər arasında sağlam əməkdaşlıq imkanları yaratmağı nəzərdə tutub.
 












www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol