• $
  • €
  • ₽
  • ₺
  • £

Sabirabadda “Qarpız festivalı” keçiriləcək

Sabirabadda “Qarpız festivalı” keçiriləcək
15.08.2016 10:54
Sabirabadda "Qarpız festivalı” keçiriləcək.

"Report" xəbər verir ki, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə baş tutacaq festival avqustun 19-da, saat 18.00-da Sabirabad rayonu Heydər Əliyev adına istirahət parkında başlayacaq.  

Tədbirdə tərəfdaş qurumlar olaraq Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Gənclər və İdman Nazirliyinin Sabirabad rayon gənclər və idman idarəsi, Sabirabad rayon İcra Hakimiyyəti iştirak edəcək.

Festivalda qarpız üzərində "Bədii oyma sənəti”ndən bəzi nümunələr, qarpızdan hazırlanmış 20 növ təamın (qarpız mürəbbəsi, qarpız kompotu, qarpız turşusu, qarpız şərbəti, qarpızdan hazırlanan tort, qarpızdan hazırlanan cem, qarpızdan hazırlanan keks, qarpız dondurması, qarpızdan hazırlanmış qəlyan, qarpız kababı, qarpız konservi, qarpızdan hazırlanan kokteyllər, qarpız şirəsi, qarpız salatı, qarpız, pendir və təndir çörəyi, qarpız sendviçi, qarpızdan çəkilmiş araq, qarpızlı soyuq çay, qarpız dadlandırıcılı saqqız, qurudulmuş qarpız tumlarından dəmlənmiş isti çay) sərgilənməsi, Məhəmməd Füzulinin "Meyvələrin söhbəti” adlı əsərindən kiçik səhnəciyin nümayişi, pəhləvanların başla qarpız sındırma rekordu (Həşimxanlı kənd klubunun pəhləvanları), qarpız tortunun kəsilməsi, konsert proqramı və qonaqlar üçün bayram ziyafəti nəzərdə tutulur.

Axşam saatlarda keçiriləcək festival bütün iştirakçılara əyləncəli anlar, xoş təəsürat və müsbət emosiyalar bəxş edəcək.

Qeyd edək ki, layihənin rəhbəri Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşı Nadir Məmmədovdur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol