• $
  • €
  • ₽
  • ₺
  • £

İstilərdən sonra çay və transsərhəd çaylarda sululuq səviyyəsi açıqlandı

İstilərdən sonra çay və transsərhəd çaylarda sululuq səviyyəsi açıqlandı
16.08.2016 20:34
Respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq ongünlük normanın 40-60 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, avqustun 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 30 m3/s olmaqla, ongünlük normanın 22 faizini təşkil edir. 2015-ci ildə bu rəqəm 75 m3/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 51 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2015-ci ildə bu rəqəm 12,5 m3/s olmaqla, ongünlük normanın 19 faizini təşkil edib.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Salyanda 2, Bankədə 12 və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 9 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370sm (2015-ci il avqustun 15-də 332 sm), Salyanda 147 sm (2015-ci il avqustun 15-də 97 sm), Bankədə 193sm (2015-ci il avqustun 15-də 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 83 sm (2015-ci il avqustun 15-də 46 sm) təşkil edir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol