• $
  • €
  • ₽
  • ₺
  • £

ANS-in şikayəti təmin edilmədi

ANS-in şikayəti təmin edilmədi
16.08.2016 15:42
Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində "ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.

ANN.Az APA-yaistinadən xəbər verir ki, hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qəbul etdiyi qərardaddan "ANS Müstəqil Yayım və Media” Şirkətinin verdiyi şikayətə baxılıb.

Şirkətin şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bundan əvvəlki iclasda ANS məhkəmənin MTRŞ-nın hesabına həbs qoyulması ilə bağlı vəsatət qaldırıb. Məhkəmədə hakim İ. Əhmədov tərəfindən həmin vəsatətin təmin edilməməsi ilə bağlı qərardad qəbul olunub. "ANS Müstəqil Yayım və Media” Şirkəti qərardaddan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verib.

Xatırladaq ki, MTRŞ "ANS Müstəqil Yayım və Media Şirkəti”ni məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində MTRŞ-nın iddiasına baxılarkən, ANS 40 min manat vəsaitin ona verilməsi ilə bağlı qarşılıqlı iddia verib. Hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə bu iddiaya başqa bir hakimin icraatında baxılır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol