• $
  • €
  • ₽
  • ₺
  • £

Qarpızdan zəhərlənməmək üçün nə etməli?

Qarpızdan zəhərlənməmək üçün nə etməli?
17.08.2016 13:50
Son günlər qarpızdan zəhərlənmə halları artmaqdadır. 

Əksər hallarda insanlar qarpızdan zəhərlənmənin səbəbini tez yetişmək üçün qarpıza vurulan dərmanlarla əlaqələndirirlər. Lakin mütəxəssislər zəhərlənmənin əsas səbəbinin qarpız olmadığı qənaətindədirlər.

Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin direktor vəzifələrini icra edən Rəşad Vahabzadə Trend-ə bildirib ki, avqust ayında bitən bostan bitkiləri dərmanlı olmur.

O qeyd edib ki, Nəzarət Mərkəzi Azərbaycanda açıq bostan şəraitində yetişdirilən kənd təsərrüfatı məhsulları üzərində kimyəvi və toksikoloji müayinələr aparır.

R.Vahabzadə bildirib ki, qarpız məhsulları üzərində aparılan laborator müayinələr avqust ayının ilk günlərində də davam etdirilib. Onun sözlərinə görə, müayinələr zamanı məlum olub ki, qarpız məhsulunda toksiki birləşmələr, nitrat və pestisid qalıqları yol verilən həddən artıq olmayıb: "Bu da onu göstərir ki, hazırda qarpızlarla bağlı narahatlığa heç bir əsas yoxdur”.

Həkim mütəxəssislər də zəhərlənmənin yalnız qarpız ilə bağlı olmadığını düşünürlər. Qeyd olunur ki, zəhərlənmənin səbəbi başqa qidalar da ola bilər, sadəcə qarpız mədə və bağırsaqlarda mayeni artırdığı üçün həzm orqanlarında olan faydalı qidalarla yanaşı, zərərli bakteriyaların sovrulmasını da sürətləndirir və ona görə də bir çox hallarda problem qarpızdan sonra yaranır.

Eyni zamanda mütəxəssislər qarpızı yeməzdən əvvəl onun köhnə olmadığına, uzun müddət qızmar günəş altında saxlanmadığına diqqət yetirməyi tövsiyyə edir. Həmçinin qarpızı kəsdikdən sonra uzun müddət açıq havada və ya soyuducuda saxlamaq da məsləhət görülmür. Çünki belə hallarda da zəhərlənmə baş verə bilər.

Qeyd edək ki, mövsüm başlayandan bu günə qədər Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən aparılan müayinələr nəticəsində 3992 kiloqram qarpız yararsız olduğu üçün satışdan çıxarılaraq məhv edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol