Jurnalist Pərviz Həşimli polisə aparılıb

"Gününsesi.info” saytının baş redaktoru Pərviz Həşimli Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə aparılıb.
Bölmədən APA-ya verilən məlumata görə, jurnalist "Gənclik” stansiyasının yaxınlığında keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı və onun sürücüsü ilə aralarında baş verən insident zamanı saxlanılıb.
Hazırda bölmədən onlardan izahat alınır.
Qeyd edək ki, jurnalist "Facebook”da keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun sürücüsü tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























