• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbələdə IV minilliyə aid əmək alətləri aşkar edilib

Qəbələdə IV minilliyə aid əmək alətləri aşkar edilib
19.08.2016 10:25
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ rayonu ərazisindəki Xalkolit və Tunc dövrlərinə (e.ə. 4-3-cü minilliklər) aid arxeoloji abidələrin tədqiqi ilə məşğul olan "Qədim Qəbələ” ekspedisiyası 2016-cı ilin yay mövsümündə araşdırmaları davam etdirir.
 
AMEA-dan Trend-ə verilən məlumata gröə, institutun elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi bu ekspedisiyanın əsas tədqiqat obyekti əvvəlki illərdə olduğu kimi bu il də Qəbələ beynəlxalq aeroportu ərazisindəki Leylatəpə arxeoloji mədəniyyətinə aid Qalayeri qədim yaşayış məskəni olub. Xalkolit dövrünə - e.ə. 4-cü minilliyin birinci yarısına aid bu abidədə aparılan qazıntılar nəticəsində minlərlə maddi mədəniyyət qalıqları – gildən, daşdan, metaldan və sümükdən hazırlanmış əmək alətləri aşkar edilib.

Qalayerində müxtəlif tip saxsı qabların qədim Yaxın Şərq mədəniyyətlərində olduğu kimi dulus çarxında hazırlandığı məlum olub. Abidədə, eyni zamanda o dövrün istehsalında ən yüksək texnoloji üsul hesab edilən dulus çarxının hissələri də aşkar edilib.

N.Müseyiblinin başçılıq etdiyi arxeoloji ekspedisiya elmi çevrələrdə sensasiya doğuracaq kəşfə də imza atıb. Belə ki, Qalayerində qazıntıların ən böyük uğurlarından biri –  mədəni təbəqənin altında xam torpaqda qazılmış katakomba tipli qəbir abidəsinin aşkar edilməsidir. N. Müseyiblinin bildirdiyinə görə, abidənin ilk məskunlaşdığı dövrə, yəni 6 min əvvələ aid bu qəbir Qafqazda və Avropada katakomba tipli ən qədim qəbir abidəsidir.

Ekspedisiya rayonun Dizaxlı kəndində, kənd sakini Yasin Qəribovun məlumatı əsasında Qaraçayın hündür sağ sahilində yerləşən Erkən Tunc dövrünə aid nekropolda 2014-cü ildə başladığı tədqiqat işlərini davam etdirmiş və 2 №-li qəbri qazmışdır. Qəbirdə dəfn edilmiş insan skeleti ilə yanaşı metaldan və müxtəlif minerallardan hazırlanmış 100-dən artıq bəzək əşyaları, 30-a yaxın saxsı qablar aşkar edilib.

Buradakı məzarlardan aşkar edilən arxeoloji materiallar, onların digər abidələrdən olan tapıntılarla müqayisəli təhlili əsasında N. Müseyibli belə bir fikir irəli sürür ki, aşkar olunmuş artefaktlar Kür-Araz Mədəni Tarixi Birliyi çərçivəsində e.ə. 3-cü minillikdə Şirvan, Quba-Xaçmaz bölgələrini, Cənubi Dağıstanı, xüsusilə də Dərbənd ətrafı əraziləri əhatə etmiş Şərqi Qafqaz mədəniyyətini və onun səciyyəvi xüsusiyyətlərini müəyyən etməyə geniş imkan yaradıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol