Bakının bu qəsəbələrində bu gün təbi qaz olmayacaq - SİYAHI

Bu gün Abşeron magistral qaz kəmərləri sahəsində aparılan cari təmir işləri ilə əlaqədar qaz verilməsində məhdudiyyətlər olacaq.
Belə ki, ANN.Az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, avqustun 19-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Qobu”, "Müşviqabad”, "Aşagı Güzdək” və "Pirəküşgül” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Aşağı Güzdək, Ceyranbatan və Pirəküşgül qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























