• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin müsabiqəsinin nəticəsi məlum oldu

Müəllimlərin müsabiqəsinin nəticəsi məlum oldu
29.05.2020 07:03
İşə qəbulda 1793 nəfər müəllim adını qazanıb.

Azərbaycanın ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdilirmiş qaydada keçirilən müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb.

ANN.Az-a Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibə mərhələsinə müvafiq keçid balını toplayıb vakant yeri tutmaq hüququ əldə edən 2371 nəfər dəvət olunub.

Dəvət olunanlardan 269 nəfəri müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edənlərdən 1793 nəfəri müəllim adını qazanıb. Namizədlərin müsahibə nəticələri şəxsi səhifələrində yerləşdirilib.

Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər 30 avqustadək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Nazirlikdən bildirilib ki, müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər növbəti yerləşdirmədə iştirak edə biləcəklər. Məlumata görə, növbəti yerləşdirmədə tutulmayan və tədris ili başlayanadək yaranan yeni vakant yerlər elan ediləcəkdir. Növbəti yerləşdirmənin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol