• $
  • €
  • ₽
  • ₺
  • £

Telefon adapterində Azərbaycana narkotika keçirmək istəyən iranlı yaxalandı

Telefon adapterində Azərbaycana narkotika keçirmək istəyən iranlı yaxalandı
20.08.2016 14:48

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, "Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, həmin şəxsdən əl yükündə və üzərində qadağan olunan predmetlərin olub-olmadığı soruşulub. Bu zaman vətəndaşın gömrük nəzarətinə təqdim etdiyi sellofan torbada 5 ədəd "Mydrax” adlı göz dərmanının yanındakı 1 ədəd mobil telefon adapteri diqqəti cəlb edib. Həmin adapterə baxış zamanı adapterin içərisindən, adapterin mikrosxeminə yapışdırılmış vəziyyətdə olan bir bükümdə, xalis çəkisi 3,43 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.

Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb və onun şalvarının cibindən 2 ədəd, corabından da 2 ədəd olmaqla, ümumilikdə 4 ədəd gömrük nəzarətinə təqdim edilməyən "Mydrax” adlı dərman preparatı aşkar edilib.

Onu da bildirək ki, "Tropikamid” ("Mydrax”) 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir.

 Faktla bağlı araşdırma aparılır.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol