• $
  • €
  • ₽
  • ₺
  • £

“Elm və həyat” jurnalının yeni nömrəsi nəşr olundu

“Elm və həyat” jurnalının yeni nömrəsi nəşr olundu
22.08.2016 09:24
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yarım əsrdən çox fəaliyyət göstərən "Elm və həyat” jurnalının yeni nömrəsi nəşr olunub.

Elmi biliklərin təbliğində, Azərbaycan elminin tanıdılmasında böyük rol oynayan jurnalın bu nömrəsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti və müasir dövr” adlı məqaləsi yer alıb.

Bundan başqa, jurnalda "AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi potensialı”, "Azərbaycanın dövlətçilik tarixi arxeoloji tədqiqatlarda” mövzularında məqalələr və coğrafiyaçı-alim, şair Oqtay Ələkbərovun Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş alimlərə ithaf etdiyi şeiri də öz əksini tapıb.

Qeyd edək ki, jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA-nın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev, məsul katib isə AMEA-nın "Mətbuat orqanları” şöbəsinin rəis müavini Turan Rəhimovadır.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol